Ana səhifə


Xəbərlər
Reklamlar

Haqqımızda

2011-cu il tarixində təsis edilmiş “AzMedikal” MMC, Azərbaycanda səhiyyə sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. “AzMedikal ” MMC ölkəmizə ən keyfiyyətli  tibbi avadanlıqlar, laborator testlerin gətirilməsini təşkil edir. 

Xidmətlərimizdən hər kəsin yararlana bilməsi üçün xalqımıza ən münasib qiymətləri təklif edir.Düşünürük ki, “AzMedikal ” MMC tərəfindən təmin edilən xəstəxana və klinikalar müasir avadanlıqlardan istifadə edərək xalqımıza daha yaxşı tibbi xidmət göstərə biləcək. Bu bir həqiqətdir ki, insan sağlamlığına xidmət göstərən tibb sahəsində keyfiyyət mütləqdir. Biz də bu keyfiyyəti qorumaq məqsədi ilə üzərimizə düşən vəzifənin öhtəsindən layiqincə gəlməyə çalışırıq.Məqsədimiz Azərbaycana ən yüksək keyfiyyətli tibbi məhsulların gətirilməsidir. Bununla yanaşı, Azərbaycanda müasir tibbi texnologiyanın daha geniş tətbiqi üçün “AzMedikal” MMC müxtəlif marketinq araşdırmaları həyata keçirir. Səriştəli və savadlı işçi heyətinə malik olan “AzMedikal” şirkəti xalqımızın sağlamlığının keşiyində daim durmağı özünə bir borc bilir. Bu səbəbdən, “AzMedikal” MMC şirkəti tibbi  avadanlıqlar laborator test  və cihazları istehsal edən dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir. Sağlamlıq ən dəyərli nemətdir, sağlamlığımızın dəyərini bilək və sağlamlığımızı ancaq və ancaq peşəkarlara etibar edək. “AzMedikal” MMC bu məsuliyyəti lazımınca dərk edir və gələcək nəsilərimizin sağlam böyüməsində mühüm rol oynayır.