Xəbərlər
- 26.04.2013 // Kardiologiya Institutu teqdimat
- 26.04.2013 // Daxili Isler Hospitalinda teqdimat
Reklamlar
TRIAGE D-DIMER Test
D-Dimer ağ ciyer tromboemboliyasının, kəskin koronar sindromun və dərin vena trombozunun əsas diaqnostik markerdir. 15 dəqiqəyə rəqəmsal nəticə verməklə yuxarıda göstərilən ağırlaşmaların və xəstəliklərin həm diaqnozunu, həm ağırlıq dərəcəsini, həm də aparılan müalicənin effektivliyini müəyyənləsdirməyə imkan verir. İstifadə olunduğu bölmələr : Reanimasiya, Cərrahiyyə ,Kardiologiya, Ginekologiya . Bu marker eyni zamanda damar daxili laxtalanma sindromunun (DDS) 93% diaqnostik göstəricisidir. Reanimasiyada: ağ ciyər tromboemboliyası olan xəstələrin 60% 1 saat ərzində vəfat edir. 15 dəqiqəyə D-Dimerin təyin edilməsi bele xəstələri vaxtında aşkar edlib düzgün müalicə tədbiri görülməsinə imkan verir. Cərrahi əməliyyat zamanı və əməliyyatdan sonra bir sira hallarda xəstədə trombemboliya ağırlaşmaları olur. Buna görədə cərrahlar çox zaman əməliyyatdan sonra xəstəyə antikoaqulant təyin edir. Tədqiqatlar göstərir ki, əgər xəstədə D-Dimer normaldırsa (0-500ng/ml) antikoaqulant təyin etməyə ehtiyac qalmır.D-Dimer yüksək olduğu hallarda xəstənin aktiv həyat tərzinə keçməsi (evə yazılması) təhlükəlidir.Çünki , hər an trombembolik ağırlaşma baş verə bilər .Kardiologiyada: kəskin koronar sindirom zamanı TROPONİN I və CKMB ürək əzələsinin zədələnmə dərəcəsini göstərirsə D-DİMER tromboz prosesinin göstəricisidir.Tədqiqatlar göstərir ki, D-DİMER in kəskin koronar sindirom zamanı həssasliğı 83,7 % spesifikliyi 95,4 %-dir.Yüngül və orta dərəcəli ateromatozlarda (koronar arteriyaların stenozu <70%) ortalama D-DİMER 479 nq /ml, ağır dərəcəli ateromatozlarda (koronar arteriyaların stenozu >70%) ortalama D-DİMER 789 nq /ml. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, sistolik ürək çatışmazlığı zamanı D-DİMER-in 1435 nq/ml -dən yüksək olması ürək damar ölüm riskinin yüksək olduğunu göstərir.Beləliklə D-DİMER koaquliyasiyanın vacib markeri olub koronar xəstəliklərin ağırlıq dərəcəsini qiymətləndirməyə , həmdə ürək-damar ağırlaşmalarını qabacadan deməyə imkan verir. Ginekologiya: normal hamiləlik zamanı D-DİMER 3-4 dəfə (1trimestr (üçaylıq dövr)- 50-950 nq/ml, 2 trimestr :320-190 nq/ml , 3 trimestr : 130-1700 nq/ml) yüksəlir.
Malin Adı : Triage® D-Dimer Test
Malin Kodu : 98100
Kategori : BİYOKİMYA GRUBU
Firma : Biosite